Qəzzanın bərpası 90 milyard dollara qədər vəsait tələb edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl "İzvestiya"ya müsahibəsində bildirib .

"BMT-nin hesablamalarına görə, Qəzzanın bərpası üçün 80-90 milyard dollar lazımdır. İnfrastrukturun yenidən qurulması təxminən səkkiz il çəkəcək.Təcili olaraq Qəzzanın yenidən qurulması ilə bağlı beynəlxalq donor konfransının keçirilməsi zəruridir", - deyə o qeyd edib.

 

Gözəl Həşimova