Cənubi Koreya Respublikası Yaxın Şərqdə artan gərginlik fonunda 97 vətəndaşını Livandan təxliyə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Cənubi Koreya prezidenti daha əvvəl artan gərginlik fonunda vətəndaşlarını Yaxın Şərq ölkələrindən təxliyə etmək üçün hərbi təyyarə ayrılması barədə göstəriş verib.

 

Gözəl Həşimova