ABŞ İsrailin "Hizbullah" hərəkatına qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda Livanda yeni prezidentin seçilməsinə nail olmaq istəyir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.

Məlumata görə, 2022-ci ilin oktyabr ayında Mişel Aun prezidentlik postundan getdikdən sonra Livan parlamenti yeni liderin seçilməsi məsələsində ortaq razılığa gələ bilməyib.

ABŞ rəsmiləri "Hizbullah" rəhbərliyinə qarşı İsrailin hücumundan istifadə edərək yaxın günlərdə Livanda yeni prezidentin seçilməsini istəyir. 

Sentyabrın 23-də İsrail Livanda "Şimal oxları" kod adlı əməliyyata başlayıb. Oktyabrın 1-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənub sərhədyanı bölgəsində "Hizbullah" obyektlərinə qarşı məhdud və lokal reydlərə başladığını elan edib.