Ermənistan ordusunun hərbçisi Vahe Arutyunyanın meyiti aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Oktyabrın 6-da saat 10:00 radələrində hərbi hissələrdən birinin hərbi qulluqçu Vahe Baqratoviç Arutyunyanın güllə yarası ilə meyiti tapılıb. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır",-deyə məlumatda qeyd olunur.