Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 22600-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb.