Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının əməkdaşlarının son durumu açıqlanıb.

Bu barədə İqtisadiyyat.az-a "Liv Bona Dea Hospital”ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Orucov məlumat verib.

Onun sözlərinə görə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və qurumun vitse-prezidenti Aslan Şahgəldiyev əməliyat olunduqdan sonra klinikanın reanimasiya şöbəsinə yerləşdiriliblər:

"Digər 4 xəstənin vəziyyəti isə stabil olaraq qiymətləndirilir. Hazırda onların hər birinin müalicəsi xəstəxanada davam etdirilir".

Qeyd edək ki, dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.