Azərbaycanda ötən il qeyri-həyat sığortası növləri üzrə 471,7 milyon manat sığorta haqqı toplanılıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,4% və ya 11,1 milyon manat çoxdur.

Hesabata görə, bu dövrdə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 185,1 milyon manat məbləğində olub.