Qətər Qəzza zolağının sakinlərinə 50 milyon dollarlıq humanitar yardım göstərməyi öhdəsinə götürüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, yardım qərarı Qəzzadan didərgin düşmüş vətəndaşların şəraitinin yaxşılaşdırılması üçün alınıb. Bundan əlavə, 100 Qəzza sakininə Qətərdəki təhsil fondları vasitəsilə təhsil təqaüdü veriləcəyi bildirilib.

Qətər Xarici İşlər Nazirliyinin saytında dərc olunan son məlumata görə, Qətər Qəzzaya təxminən 1500 ton tibbi yardım, ərzaq ləvazimatları və səhra xəstəxanası verib.

 

Gözəl Həşimova