"Qəbələ" klubunun Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kiprin "Omoniya" klubu oldu.
İqtisadiyyat.az xəbər verir ki, Kipr Kubokunun qalib olan "Omoniya" klubu Konfrans Liqasında iştirakı təmin edib.
Klub 2022/2023 mövsümünü 49 xalla 6-cı yerdə tamamlayıb. Həmin mövsümün çempionu isə "Aris" klubu olub.
"Omoniya" klubu ev oyunlarını 22859 nəfər tutumu olan "GPS" stadionunda keçirir.
Klubda legioner futbolçuların sayı 16-dır.
Klubu kiprli baş məşqçi Sofronius Avqusti idarə edir. O kluba 2023-cü ilin 6 fevralında qoşulub. Klubla müqaviləsi isə 2024-cü ilin 31 mayına kimidir.
Klubun ən bahalı futbolçusu 19 yaşlı kiprli Loizos Loizoudur. Onun bazar dəyəri 1.5 milyon avrodur.
Klubun ümumi dəyəri isə 14,90 milyon avrodur.
Klub meydanda 4-2-3-1 sxemi ilə mübarizə aparır.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək. "Qəbələ" klubu ilk oyununda evdə keçirəcək.