"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək.

Xatırladaq ki, “Qəbələ” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0.