"Qəbələ"nin keçmiş futbolçusu Vitali Vernidub məşqçi kimi işləməyə başlayıb. 

İqtisadiyyat .az xəbər verir ki, o, "Krivbass" klubunda baş məşqçi olan atası Yuri Verniduba köməkçi təyin olunub. 35 yaşlı Vernidub məşqçilik üzrə UEFA-nın B kateqoriyasını alıb. Gənc mütəxəssis bir həftə əvvəl futbolçu karyerasını bitirdiyini açıqlamışdı.

Ukraynalı futbolçu 2015-2018-ci illər ərzində "Qəbələ"nin formasını geyinib. O "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 45 oyunda qol vurub.