"Qəbələ" klubunun futbolçusu Emil Səfərov ötən gecə  Zaqatalada avtomobili ilə qəza törədib.

Emil  Səfərovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili 1995-ci il təvəllüdlü Qurban Nəsrullah oğlu Həsrətovun idarə etdyi "Niva” markalı maşınla toqquşub.

Futbolçunun vəziyyətini öyrənmək üçün "Qəbələ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

İqtisadiyyat.az-a açıqlamasında Anar Hacıyev "Futbolçumuz qaydasındadır. Hər hansı xəsarət almayıb" deyə bildirib.

Xatırladaq ki, Emin Səfərov bu yay "Qəbələ" ilə müqaviləni yeniləyib.