UEFA Konfrans Liqasında iştirak edəcək "Qəbələ" klubunda hazırkı heyəti qoruyub saxlamaq çətinləşib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə braziliyalı hücumçu Rafael Utziq də klubu tərk etməyə hazırlaşır.

Azərbaycan Premyer Liqasından 3 klub, "Zirə", "Turan" və "Səbail" braziliyalı hücumçu ilə maraqlanır. 

Karyerası ərzində "Parana", "Klanorte" və "Qəbələ" klublarında çıxış etmiş vinger 117 oyuna 18 qol vurub, 11 assist etməyi bacarıb.

Qeyd edək ki, Rafael ilə bir neçə Asiya, Avropa və Cənubi Amerika klubları da maraqlanır.