"Qəbələ" klubunun braziliyalı futbolçusu Felipe Santos karyerasını İsraildə davam etdirə bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə braziliyalı hücumçu İsrailin "Hapoel Haifa" klubu ilə anlaşıb.

Ölkəmizdə "Şamaxı" və "Qəbələ" klublarında forma geyinmiş hücumçu 69 oyuna 13 qol və 20 assist etməyi bacarıb.

Qeyd edək ki, Felipe Santos instaqram hesabından İsrail klubunu izləməyə başlayıb.