“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb. Asəf Zeynallı klubumuzun Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.

İqtisadiyyat.az xəbər verir ki, O, bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib.

A.Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.