Heyətinin əksər oyunçularını itirən "Qəbələ" klubu transfer çalışmalarını sürətləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "Qəbələ" "Sabah" klubunun azərbaycanlı qapıçısı Nicat Mehbalıyevi heyətinə qatmaq istəyir. Səlahət Ağayevin gedişindən sonra heyətində yeganə əlcek shaibi ispaniyalı qapıçı Atanqana olan Qəbələ şəhər təmsilçisi ikinci qapıçı tranferini etmək niyyətindədir.

Qeyd edək ki, Nicat Mehbalıyev daha əvvəl də "Qəbələ" klubunun formasını geyinib.