"Qəbələ” bu gün Avropa Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, 2-ci təsnifat mərhələsinin ilk oyununda “qırmızı-qaralar” evdə Kipr “Omoniya”sını qəbul edib..

Qəbələ şəhər stadionunda keçirilən matçı rumıniyalı FIFA referisi Andrey Çivulete idarə edib Beş qolun qeydə alındığı qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu bir həftə sonra – avqustun 3-də Kiprdə keçiriləcək.

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

27 iyul

“Qəbələ” – “Omoniya” 2:3

Qollar: Əyyub Allaş, 4; 62 – Roman Bezus, 45+1; 50; 82-pen.

Baş hakim: Andrey Çivulete (Rumıniya).

Qəbələ şəhər stadionu.