"Qəbələ" klubu transfer çalışmalarını davam etdirir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Qəbələ" klubu İsrail millisinin sabiq forvardı, "Makkabi Təl Əviv" klubunun 25 yaşlı futbolçusu Osama Xalailanı transfer etmək niyyətindədir. Azərbaycan klubu qarşı tərəfə 2 illik müqavilə təklif edib.

Karyerası ərzində "B.Shaknin", "Bney Reineh" və "Makkabi Təl Əviv" klubunda çıxış etmiş hücumçu 150 oyuna 27 qol vurub, 13 assist etməyi bacarıb.