Qazaxıstanda Suriya üzrə 20-ci Astana danışıqları başlayıb.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Suriyadakı münaqişənin həlli üçün qarant ölkələr olan Türkiyə, Rusiya və İran nümayəndə heyətləri müzakirələr aparmaq üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə gedib.

Türkiyə nümayəndə heyəti danışıqlar çərçivəsində ilk görüşünü İran nümayəndə heyəti ilə keçirib.

Danışıqlarda Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçaparın, Rusiyanı xarici işlər nazirinin müavini Mixail Boqdanovun, İranı isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edir.

Həmçinin əlavə olunub ki, görüşlərdə Dəməşq hökuməti xarici işlər nazirinin müavini Ayman Susanın, Suriya müxalifətindən isə Əhməd Tumanın rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edir.