"Qazaxıstan "vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir və Tayvanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Tayvanda keçirilən seçkilərdən sonra yaydığı bəyanatda bildirilib.

"Tayvanda keçirilən seçkilərlə əlaqədar bildiririk ki, Qazaxıstan Respublikası "vahid Çin" prinsipini güclü dəstəklədiyini bir daha bəyan edir və bir daha təsdiq edir. Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir, Tayvan isə Çin ərazisinin ayrılmaz hissəsidir", - deyə respublikanın xarici siyasət idarəsi qeyd edib.

"Biz Çin Xalq Respublikası hökumətinin ölkənin sülh yolu ilə birləşməsinə nail olmaq üçün səylərini dəstəkləyirik", - XİN əlavə edib.

Qeyd edək ki, şənbə günü Tayvanda adanın administrasiyasının rəhbəri və onun Qanunverici oraqnı olan Yuan (Parlament) üzvləri üçün seçkilər keçirilib. Adanın yeni lideri postu uğrunda mübarizədə qələbəni administrasiya rəhbərinin hazırkı müavini, Tayvan Demokratik Tərəqqi Partiyasının nümayəndəsi Lai Qinqde qazanıb və o, səslərin 40,05 faizini toplayıb.