Bu ilin birinci yarısında Qazaxıstandan Rusiyaya mal ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyard dollardan çox artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat açıqlayıb.

Məlumata görə, ölkənin Rusiyaya ixracı 3,57 milyard dollardan 4,93 milyard dollara yüksəlib. Eyni zamanda, Qazaxıstanın Rusiyadan mal idxalı isə 8,68 milyard dollardan 7,78 milyard dollara enib.

 

Gözəl Həşimova