İtaliyalı mütəxəssis Cennaro Qattuzo "Lion"u çalışdıra bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Son olaraq "Valensiya"da işləyən Qattuzonun meneceri Jorje Mendeş müştərini "Lion"a təklif edib.

Fransa təmsilçisini hazırda Loran Blan çalışdırır. Komandanın uğursuz çıxışına görə mütəxəssisin bu həftə istefaya göndəriləcəyi iddia edilir.

"Lion" Liqa 1-də 4 turdan sonra 1 xalla sonuncu sıradadır.