02 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon Polis İdarəsinin akt zalında tədbir keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə, Rayon İcra Hakimiyyəti Başçısının müavini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Polis İdarəsinin rəis müavinləri və polis idarəsinin şəxsi heyəti iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib.

 Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Polisinin cinayətkarlığa qarşı mübarizə aparmasından, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 105 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb.

 Tədbirin sonunda Polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibəti ilə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Rayon İcra Hakimiyyəti Başçı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif edilib.