"Ferensvaroş” klubunun yeni transferi Adam Varqa “Qarabağ”la keçirilən yoxlama görüşünü dəyərləndirib.

İqtisadiyyat.az saytı xəbər verir ki, 24 yaşlı qapıçı 3:3 hesabı ilə başa çatan qarşılaşmanın komandası üçün faydalı olacağını bildirib.

Varqa baxımlı mübarizə alındığını söyləyib: “Hər iki komanda oyuna yaxşı qoşuldu. Adi yoxlama görüşü ilə müqayisədə yüksək temp var idi. “Qarabağ”la oyun mütləq inkişafımıza kömək olacaq. Çoxlu qarşılıqlı qol şansları ilə əla matç alındı. Bu baxımdan azarkeşlər üçün də baxımlı mübarizə oldu. Bu görüşdən çox şey öyrənə, nəticə çıxara bilərik. Qalib gəlmək üçün hər şeyi etdik. Ancaq rəqib də çox güclü idi və açıq oyun keçdi”.

Qeyd edək ki, Avstriyadakı qarşılaşmada “Qarabağ”ın heyətində Nəriman Axundazadə dubl edib, digər qola isə Leandro Andrade imza atıb