"Konyaspor"un futbolçusu İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, bosniyalı qolkiper "Əl Kalej"lə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Şehiçin komanda yoldaşları ilə vidalaşdığı və yaxın günlərdə yeni klubuyla müqavilə imzalayacağı bildirilib.

Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da forma geyinib. O, 2020-ci ilin yayından "Konyaspor"da çıxış edirdi.