"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən komanda XVII turda "Portu"nun qonağı olub. Matç "Braqa"nın məğlubiyyəti ilə başa çatıb - 0:2.

"Portu" xallarının sayını 38-ə çatdırıb və 3-cü pillədədir. "Braqa" isə 33 xalla dördüncüdür.

"Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra - fevralın 22-də Bakıda olacaq.