"Qarabağ" klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşanın "Rakuv" klubu ilə qarşılaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, son Polşa çempionu olan "Rakuv" klubu Çempionlar Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

2022/2023 mövsümünü 75 xalla 1-ci tamamlayan "Rakuv" klubu rəqib qapılarına 63 qol vurub və 24 qol buraxıb.

"Rakuv" klubu ev oyunlarını 5500 nəfərlik "Miejski" stadionunda keçirir. 

Klubda legioner futbolçuların sayı 17-dir.

Komandanı 32 yaşlı polşalı baş məşqçi David Szvarqa idarə edir. O, kluba 2023-cü ilin iyulunda qoşulub. 2021/2022 mövsümündə "Rakuv" klubunun köməkçi məşqçi vəzifəsində çalışıb.

Klubun ən bahalı futbolçusu 25 yaşlı polşalı qapıçı Vladan Kovaceviçdir. Onun bazar dəyəri 8 milyon avrodur.

Ötən mövsüm Polşa çempionatında komandanın ən çox qol vuran futbolçusu İvi Lopez olub. Futbolçu hal-hazırda zədəlidir. İspan futbolçuya çarpaz diz bağlarının yırtığı diaqnozu qoyulub.

Klubun ümumi dəyəri isə 38,38 milyon avrodur.

Komanda meydanda 3-1-4-2 sxemi ilə mübarizə aparır.

"Rakuv" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Estoniyanın "Flora" komandasını hər iki görüşdə məğlub edib

Qeyd edək ki, iyulun 26-da keçiriləcək "Rakuv" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda oynanılacaq.