"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Fransisko Çissumba ilə müqaviləni uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, 18 yaşlı müdafiəçinin sözləşməsi 2028-ci ilin yayına qədər artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransisko bu mövsüm "Braqa"nın B komandasında 18 oyunda 1 qol vurub.

"Qarabağ" Portuqaliya təmsilçisi ilə ilk oyunu fevralın 15-də səfərdə keçirəcək. Cavab görüşü bundan bir həftə sonra - fevralın 22-də Bakıda olacaq