"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK heyətini gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, Klubun mətbuat xidməti xəbər verir ki, Finlandiya təmsilçisi Fransa "Amyen"indən Burkino Fasodan olan hücumçu Hassane Bandeni transfer edib.

Vinger kimi hər iki cinahda oynamağı bacaran 24 yaşlı futbolçu ilə 2025-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda HİK-ə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab matçı avqustun 17-si Finlandiyada baş tutacaq.