Almaniya Bundesliqasında 5-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Bayer Leverkuzen" doğma meydanda "Haydenhaym" klubunu qonaq edib. Matç "Bayer"in 4-1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Bundesliqada 5 turdan sonra "Bayer Leverkuzen" 13 xalla 2-ci pillədə qərarlaşıb.