Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, toplantıda Premyer Liqanın XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Zirə” oyununda “Zirə” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin;

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin;

“Şamaxı” – “Sabah” oyunundan sonra “Sabah” klubunun rəsmi şəxsləri ilə oyunun 1-ci köməkçi hakimi arasında mübahisə yaşandığına görə klub 3200 manat cərimə edilsin;

“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri kütləvi təhqiramiz ifadələr işlətdiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilsin;

“Neftçi” klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyinə görə “Neftçi” klubu 800 manat cərimə edilsin;

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atılmasına görə “Neftçı” klubu 1600 manat cərimə edilsin;

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi təhqiramiz ifadələrin işlənməsinə görə “Neftçi” klubu 4000 manat cərimə edilsin;

“Neftçi” klubunun azarkeşlərinin oturacaqları sındırması və süni örtüyə ziyan vurmasına görə dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilsin;

“Qarabağ” klubunun qapıçısı Luka Quqeşaşvili azarkeşlərə tərəf kənar əşya atdığına görə oyunçu 3 oyun cəzalandırılsın, klub 2400 manat cərimə edilsin; Oyun cəzası şərti olaraq tətbiq edilsin. Şərti cəzaya görə sınaq müddəti 3 (üç) ay müəyyən olunur.