Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Ağdam təmsilçisi səpənlənmişlər səbətində yer alıb.

"Qarabağ" bu mərhələdə "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda keçiriləcək