Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinq sıralamasını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, siyahıda Azərbaycandan "Qarabağ" yer alıb.

"Atlılar" 149 xalla 62-cidir. Komandanın ötən cədvəllə müqayisədə mövqeyi dəyişməyib.

Reytinq siyahısına 327 xalla Braziliyanın "Flamenqo" klubu başçılıq edir. "Real" 298 xalla ikinci, "Mançester Siti" isə 254 xalla 3-cüdür.