Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın oyundan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.

İqtisadiyyat.az xəbər verir ki, martın 25-i saat 16:45-də Bakı Olimpiya Stadionunda komandanın baş məşqçisi Qurban Qurbanovun brifinqi keçiriləcək. Saat 17:00-da isə mediaya açıq məşq (ilk 15 dəqiqəsi) baş tutacaq.

Qeyd edək ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.