"Qarabağ" heyətinin dəyərinə görə Avroliqanın H qrupunda sonuncudur.

İqtisadiyyat.az "transfermarkt" portalına istinadən xəbər verir ki, Ağdam klubunun sıralarındakı oyunçuların ümumi dəyəri 15 milyon avro ilə qiymətləndirilir.

Təmsilçimizlə eyni qrupda yer alan "Bayer Leverkuzen" (Almaniya) 446, Molde (Norveç) 27, Hekken (İsveç) 24 milyon avroluq heyətə malikdir.

AL-in 2023/2024 mövsümündə çıxış edəcək klublar arasında ən bahalı heyət "Liverpul"dadır - 797 milyon avro. Moldova təmsilçisi "Şerif" isə 13 milyon avro ilə sonuncu pillədə yer alıb.