"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, qəsəbə təmsilçisi İsmayıl İbrahimliylə müqavilə imzalayıb. “Qarabağ”a məxsus olan oyunçu növbəti mövsümün sonuna qədər komandamızda çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı yarımmüadafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-də də çıxış edib.