Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rahil Məmmədov Polşanın LKS komandasına keçməyə yaxındır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə tezliklə transferin tamamlanacağı və 28 yaşlı müdafiəçinin LKS-ə qoşulacağı qeyd olunub.

Xatırladaq ki, Rahil "Neftçi"nin yetirməsidir. O, 2018-ci ildən "Qarabağ"da və Azərbaycan millisində oynayır.

Əlavə edək ki, LKS hazırda Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu - 18-cidir.