UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş  Marko Yankoviç həkim müayinəsindən keçib.

İqtisadiyyat.az xəbər verir ki, müayinənin nəticəsinə görə, futbolçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.