“Qarabağ”ın futbolçusu Marko Yankoviç zədələnib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Yankoviçin Monteneqro millisinin düşərgəsində sırasan çıxdığını bildirib.

O, yarımmüdafiəçinin 1-2 həftə meydana çıxa bilməyəcəyini də qeyd edib.