Adı "Qarabağ"la hallanan Ceyson Lokilo karyerasını İngiltərədə davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, 24 yaşlı vinger "Hall Siti"yə keçib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Lokilo ilə 2 illik müqavilə imzalanıb.

"Qarabağ" vingeri transfer etmək istəsə də, razılığa gələ bilməmişdi.