"Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

İqtisadiyyat.az-ın məlumatına görə, “köhlən atlar” Çempionlar Liqasının II raundunda Polşanın “Rakuv” komandasına uduzacağı təqdirdə, mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Ağdam təmsilçisi bu turda HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək. İlk matç Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq.