"Qarabağ"ın futbolçuları Luka Quqeşaşvili, Leandro Andrade və Marko Yankoviç milli komandalara dəvət alıb.

İqtisadiyyat.az xəbər verir ki, Yankoviç AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla qarşılaşacaq Monteneqro millisinə dəvət alıb.

Afrika Millətlər kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo yığması ilə qarşılaşacaq Kabo-Verde millisinə Leandro Andrade çağırılıb.

Quqeşaşvili isə AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq Gürcüstan millisinin heyətində yer alacaq.