Finlandiyanın HİK klubunun futbolçusu Yesse Öst “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu barədə danışıb.

İqtisadiyyat.az xəbər verir ki, 33 yaşlı qapıçı hətta qələbəni əldən verdiklərini düşünür:

“Bakıda məğlub olmaq kədərlidir. Qələbəyə yaxın olsaq da, mübarizəmiz bu dəfə kifayət etmədi. Bununla belə, cavab matçında yaxşı şansımız olacaq. Məsələni evdə həll edə bilərik. Daha cəsarətli futbol sərgiləməliyik. Ayağımızda top saxladığımız zaman imkanlar yaradırıq. Gəlin, Azərbaycan komandasını Helsinkidə qaçmağa məcbur edək