Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, turun sonuncu oyununda lider “Qarabağ” isə “Zirə”ni qəbul edib.

Ağdam təmsilçisi dörd qolun qeydə alındığı bu oyundan inamlı qələbə ilə ayrılıb.

Azərbaycan Premyer Liqası

26-cı tur

10 mart

“Qarabağ” – “Zirə” 3:1

Qollar: Nəriman Axundzadə, 43. Riçard Almeyda, 77-pen. Adama Diakabi, 81 – Sezar Meza Kolli, 79.