Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoxlama oyununa çıxacaq.

İqtisadiyyat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

"Qarabağ" bundan əvvəl "Ferentsvaroş"la (Macarıstan) heç-heçə edib (3:3), Polşa "Legiya"sına uduzub (0:2).

4 iyul

Yoldaşlıq oyunu

20:00 Qarabağ - ÇSKA (Bolqarıstan)