Yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq "Samsunspor"un hücumçusu Ahmet Saqat karyerasını Azərbaycanda davam etdirə bilər.

İqtisadiyyat.az xəbər verir ki, "Qarabağ" 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə Azərbaycan çempionunun Ahmet üçün "Samsunspor"a rəsmi təklif göndərdiyi bildirilib.

Saqatla Belçikanın "Mexelen" klubu da maraqlanır.

Forvard ötən mövsüm 29 oyunda 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.