Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

İqtisadiyyat.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Sabah"ı qəbul edib. Matç Ağdam təmsilçisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra "Atlılar" xallarının sayını 10-a çatdıraraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.