"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, "atlılar" "Şaveş"dən Juninyonu transfer etməyə yaxındır. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. 26 yaşlı vingerin Azərbaycan çempionu ilə razılaşdığı bildirilir.

"Qarabağ" Juninyo üçün "Şaveş"ə 500 min avroya yaxın məbləğ ödəyəcək.

Braziliyalı futbolçu ötən mövsüm Portuqaliya çempionatında 30 oyunda 4 qolla yadda qalıb.