UEFA Avropa Liqasının H qrupunda mübarizə aparan "Qarabağ" İsveçdə "Hekken" klubuna qalib gəlib.

"Operativ Media" xəbər verir ki, bu qələbəyə görə "atlılar"  630 min avro gəlir əldə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsində klublara hər qələbəyə görə 630 min avro, heç-heçəyə görə isə 230 min avro verilir.

Maksimal nəticə göstərən "Qarabağ" iki oyuna görə 1,2 milyon avro qazanıb.