Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinqini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, siyahıda 302 komanda yer alıb. Cədvəldə Azərbaycan təmsilçilərindən cəmi ikisi – “Qarabağ” və “Neftçi” var. “Qarabağ” 138,5 xalla 71-ci sırada qərarlaşıb. Ağdam təmslçisi ötən ayla müqayisədə 4 pillə geriləyib. “Neftçi” 21 pillə irəliləyərək 67 xalla 287-ci olub.

Cədvəldə “Real” 313 xalla birincidir. “Mançester Siti” 279 xalla 2-ci, “Flamenqo” 278 xalla 3-cüdür.